×
"AGROİNTER LTD" MMC şirkəti 30 ildən artıqdır ki, Azərbaycanda sənaye maşın və mexanizmlərinin idxalı, satışı və genişmiqyaslı texniki xidməti sahəsində fəaliyyət göstərən, həmçinin Türkiyənin məşhur "Hidromek" brendinin respublikadakı rəsmi dileridir. Şirkət müştərilərinə orijinal ehtiyat hissələri, diaqnostika, təmir və xüsusi təyinatlı texnikaların lizinq şərtləri ilə satışı kimi kompleks xidmətlər təqdim edir.
 
Rəsmi Zəmanət: Satılan bütün maşın və avadanlıqlara birbaşa istehsalçı zavodun zəmanəti verilir.
 
Servis xidməti: Maşın və mexanizmlərin cari və əsaslı diaqnostikası təmiri həyata keçirilir. Eyni zamanda, texnikanın funksionallığını artırmaq üçün onun yenidən təchiz edilməsi prosesi icra olunur.
 
Ehtiyat Hissələri: Anbarda mütəmadi olaraq yenilənən və müştəri tələblərinə tam cavab verən orijinal ehtiyat hissələri mövcuddur.
 
Əlavə Avadanlıqların Quraşdırılması: Müştərilərin xüsusi istəkləri və işin tələblərinə uyğun olaraq, mövcud texnikaların üzərinə əlavə funksional avadanlıqlar quraşdırılır.
 
Əsas məhsul: Hidromek Tərəfdaşlığı: Şirkət 1978-ci ildə yaradılmış və çoxfunksiyalı ekskavatorların istehsalı üzrə ixtisaslaşmış Türkiyənin nəhəng "Hidromek A.Ş." şirkətinin Azərbaycandakı rəsmi təmsilçisidir.
 
Maliyyə İmkanları: Müştərilərin biznes səmərəliliyini artırmaq üçün daxili maliyyə strukturları və lizinq şirkətləri ilə əməkdaşlıq çərçivəsində xüsusi təyinatlı texnikaların lizinqlə satışı təşkili olunur.