Yazda rütubət az olan şəraitdə tırtıllı traktor sahəyə daha tez daxil ola bilir və lazımi kənd təsərrüfatı əməliyyatlarını yerinə yetirir. Bunlara gübrələrin səpilməsi, toxum yatağının işlənməsi, əkindən əvvəl torpağın emalı və s. aiddir.
Bundan başqa torpaqda dəstək sahəsi nə qədər böyükdürsə, kvadrat santimetrə düşən təzyiq bir o qədər aşağıdır. Tırtıllı traktor torpağı daha az sıxlaşdırır və gələcək məhsuldarlığı artırır. Təkər ilə sıxılmış torpaqda hava və su üçün yer qalmır. Bu öz növbəsində həssas olan şəkər çuğunduru və qarğıdalı, həmçinin kök sistemi olan bitkilərin (günəbaxan, noxud, soya) inkişafına mənfi tərsirini göstərir və məhsuldarlığı 30-40% azaldır. Nəzərə alsaq ki, texnika hər mövsümdə təxminən 10-15 dəfə sahələrə çıxır və torpağın sıxılması kumulyativ xarakter daşıyır.
Nəhayət, ən vacib üstünlük dartma üçün güc ötürmə əmsalıdır. Təkərli traktor dizel enerjisinin yalnız 45-55%-ni dartma qüvvəsinə çevirə bilir. Qalanını artıq yerə sərf edir. Qeyd olunan kimi təkərin sürüşməsinə, çuxurun yaradılmasına və yuvarlanma müqavimətinə sərf edir. Bu da öz növbəsində gələcək məhsuldarlığa mənfi təsir göstərir. Tırtıllı traktor ilə şumlama işləri apardıqda taxıl məhsuldarlığı iki dəfə artır və yanacaq sərfiyyatı azalır.
Aqromaş 90 TQ traktoru müxtəlif iqlim şəraitində mürəkkəb kənd təsərrüfatı işlərin aparılması üçün yönəlib . Lakin eyni zamanda müvəffəqiyyətlə xalq təsərrüfatının digər sahələrində istifadə edilə bilər.
Öz xüsusiyyətlərində etibarlılığı və gündəlik istismarda səmərəliliyi birləşdirir. Yüksək əməliyyat xüsusiyyətlərinə görə 22 saat dayanmadan istismar edilə bilər. Müasir dizayınlı yeni maşın daha güclü və mükəmməl mühərriki ilə, hər cəhətdən rahat və təhlükəsiz kabinəsi ilə fərqlənir.
Yanacaq çəninin tutumu 300 litrə qədər artırılıb. Müasir idarəetmə paneli və rahat oturacaq operatora rahat şəkildə nəzarət etməyə imkan verir. İki yerlik kabin istilik və səs izolyasiyası ilə təscid edilib.
Hidrofikasiya edilmiş üç nöqtəli bağlama mexanizmi müxtəlif təyinatlı iş avadanlıqlarin qoşılmasina imkan verir. Balastlar və hərəkət reduktoru əsas paketə daxildir.
Çəkisi;
6,95 ton ölçüləri: 4,24x1,85x2,70 meter 3-cü sinif standart traktor ölçüləri ilə uyğun gəlir. Uzunlamasına əsası 1,61 m. izin eni 1,33 m. aqrotexniki yerdən hündürlüyü 0,37 m-dir.
Mühərrik;
Altay A-41S1-02 həcmi 7,43 litr və 94 at gücünə malik dörd silindrli maye ilə soyudulmuş dizel mühərriki.
Üstünlükləri;
Əla dartma xüsusiyyətləri və qənaətcil yanacaq sərfiyyati;
kompakt dizayn və asan təmir;
mühərrik ən azı 30% fırlanma anı ehtiyatını təmin edir;
müxtəlif iş rejimlərində dizel yanacağı sərfiyyatı 180 - 190 g hp/saat arasında dəyişir.
Ayrı-ayrı seriyalar Minsk D-245.5S2 dizel mühərrikləri və ya lisenziyalı Sisu 44 DTA (Avstriya) güc aqreqatları ilə təchiz oluna bilər.
Şassi:
Güc ötürülməsinə daimi qapalı disk sürtünmə muftası və çoxpilləli mexaniki sürətlər qutusudaxildir.
Yeddi sürrət ötürməsi 5,3 ilə 11,18 km/saat arasında dəyişən iş və ya nəqliyyat sürəti seçimini təmin edir. Quraşdırılmış sürət azaldığı reduktoru ilə sürət göstəriciləri müvafiq olaraq 0,28 vǝ 3,18 km/saat təşkil edir.
Qarşıdakı işlərin xüsusiyyətlərini nəzərə alaraq, traktor gücləndirilmiş rezin tırtıl ilə, həmçinin torf və bataqlıq versiyalı enli tırtıl ilə təchiz edilə bilər.