×

Çoxfunksiyalı texnika "Aqromaş 90 TQ"

Yazda rütubət az olan şəraitdə tırtıllı traktor sahəyə daha tez daxil ola bilir, və lazımi kənd təsərrüfatı əməliyyatlarını yerinə yetirir. Bunlara gübrələrin səpilməsi, toxum yatağının İşlənməsi, əkindən əvvəl torpağın emalı və s. aiddir. Bundan başqa torpaqda dəstək sahəsi nə qədər böyükdürsə, kvadrat santimetrə düşən təzyiq bir o qədər aşağıdır. Tırtıllı traktor torpağı daha az sıxlaşdırır və gələcək məhsuldarlığı artırır. Təkər ilə sıxılmış torpaqda hava və su üçün yer qalmır. Bu öz növbəsində həssas olan şəkər çuğunduru və qarğıdalı, həmçinin kök sistemi olan bitkilərin (günəbaxan, noxud, soya) inkişafına mənfi tərsirini göstərir və məhsuldarlığı 30-40% azaldır. Nəzərə alsaq ki, texnika hər mövsümdə təxminən 10-15 dəfə sahələrə çıxır və torpağın sıxılması kumulyativ xarakter daşıyır.