×
-43.00$

Çətin coğrafi şərait və ağır iş şəraiti üçün nəzərdə tutulmuş SUPRA ekskavator qrupu möhkəm konstruksiyası, istəyə bağlı olaraq təklif edilən aşağı sürətlərdə belə maksimum qopartma qüvvəsi təmin edən və 163 lt/dəq* maksimum yağ axınına sahib səmərəli hidravlik sistemi ilə məhsuldarlığınızı artıracaq. Bütün SUPRA modellərində standart olraq təmin edilən arxa joystiklər, operatorlara dəqiqlik tələb etdirən qazma, qaldırma və endirmə kimi işıərdə asan idarəetmə imkanı təmin edir. Bundan əlavə, bir-birindən asılı olmayaraq tənzimlənə bilən joystick konsolları erqonomik iş imkanları təqdim edir. Geniş arxa baxış bucağı və erqonomik iş mühitinə malik olan SUPRA seriyası ilə uzun qazıntı işləri zövqlü olur. Mükəmməl çəki bölgüsü və geniş dayaqları ilə SUPRA seriyası kobud ərazidə sabit qazıntı imkanı təmin edir. Qırıcı və qoşmadan istifadə üçün standart avadanlıq kimi daxil olan əlavə hidravlik sistem qazıntı zamanı görünüşü maneə törətmir və dərin qazıntılarda zədələnmir. Xəndək silindrlərindəki yastıqlama sistemi vuruşların sonundakı hərəkətləri yumşaldır, zərbələri udur və maşının ömrünü uzadır. Qazma dərinliyi 5,80 m-ə qədər olan teleskopik qol dərin qazıntılarda və uzun məsafə tələb edən işlərdə üstünlüklər təmin edir.

Kateqoriya: Hidromek