×
-28.00$

HMK 600 MG-nin III A (Tier III) egzoz emissiyasına uyğun dəyişən at gücünə malik (187 - 214 at gücündə) Mercedes mühərriki çətin iş mühitlərində davamlılıq nümayiş etdirir. Dəyişən at gücü ilə daha yüksək səmərəlilik və aşağı yanacaq sərfiyyatı hədəflənir. Mühərrikin temperaturundan asılı olaraq dəyişən sürətlə işləyə bilən hidrostatik soyuducu ventilyator avtomatik olaraq tərs istiqamətdə işlədilir, soyutma sisteminin təmizliyini təmin edir və beləliklə də səmərəli işləməyi artırır. HMK 600 MG-nin yeni dizayn edilmiş altıbucaqlı kabinəsi operatora geniş baxış bucağı təqdim etdiyi halda, kabin daxilindəki 7˝ TFT məlumat displeyi operatora maşını rahat idarə etməyə imkan verir. Maşından istifadə edərkən operatorun nəzarət etməli olduğu məlumatlar ekranda izlənilə bilər. Bundan əlavə, bu ekranda geriyə baxan kameranın təsvirinə baxa bilən operator geriyə dönərkən də idarə olunan şəkildə hərəkət edə bilir.

Kateqoriya: Hidromek